Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qaldı

Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda, Babək küçəsində qeydə alınıb.

Əraziyə FHN-nin və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Partlayışın səbəbləri araşdırılır.