Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən yanğının tam söndürülməsi istiqamətində işlər yekunlaşıb.
***12:48
Sumqayıtda yanan tikilinin narkomanlar üçün Reabilitasiya Mərkəzi olduğu məlum olub.
Stopnarkotik.az "report"a istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tədbirlər həyata keçirir.
Sumqayıtda tikilidə yanğın başlayıb.
Stopnarkotik.az "report"a istinadla xəbər verir ki, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yaxınlığında tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən fakt təsdiqlənib. Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.