Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclərin iştirakı ilə "Narkotikə yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert Emil Maqalov və Sumqayıt Döyüş Klubunun baş məşqçisi Rəşad Yaqubov yeniyetmə və gənclərə narkotikin zərərləri haqda məlumat veriblər.
Diskussiya formatında keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallara cavab verən çıxışçılar gənclər üçün faydalı olacaq, onları narkotik və narkomaniyadan uzaq tuta biləcək məsləhət, tövsiyə və fikirlərini bildiriblər.
Tədbirdə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri iştirak ediblər.
Stopnarkotik.az