Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.
Hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən çoxmərtəbəli binaların birində qeydə alınıb.
2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov yaşadığı mənzilin 7-ci mərtəbəsindən yıxılıb. O, hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.