Sumqayıtda yüksək doza narkotik vasitə qəbul etmə nəticəsində bir nəfər ölüb.
Stopnarkotik.az xəbər verir ki, hadisə Corat qəsəbəsində baş verib.
Sumqayıt sakini, 2000-ci il təvəllüdlü Ağarza Vüqar oğlu İsaxanov yüksək dozalı narkotik vasitənin təsirindən komatoz vəziyyətə düşüb.
A. İsaxanovun həyatını xilas etmək mümkün olmayıb, o, yaşadığı mənzildə dünyasını dəyişib.
Stopnarkotik.az