Türkiyənin daxili işlər naziri Süleyman Soylu şəxsi məlumatlarının yer aldığı proqramdan istifadə etdiyi üçün məhkəməyə verilib.
Stopnarkotik.az xəbər verir ki, Çağdaş Hüquqşünaslar Dərnəyi (ÇHD) Türkiyənin daxili işlər naziri Süleyman Soyluya qarşı şəxslərin şəxsi məlumatlarının tarixini ehtiva edən proqramdan istifadə etdiyinə görə məhkəməyə müraciət edib.
Dərnək İstanbul Baş Prokurorluğuna təqdim etdiyi ərizədə nazirin Türkiyə Cinayət Məcəlləsinin 137/1-a maddəsi ilə (qanunsuz məlumat vermə və ya əldə etmə) istintaqa cəlb olunmasını və barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib.
ÇHD-nin ərizəsində qeyd olunur ki, Soylu heç bir qanuni məhdudiyyət olmadan özbaşına və qeyri-rəsmi şəkildə şəxsi məlumatları qeyd etmək, emal etmək və paylaşmaq üçün proqramdan istifadə edib.
Qeyd edək ki, Soylu, Hakkı Alkana məxsus "ShiftDelete.Net" kanalında yayımlanan proqram zamanı Alkanın fotosunu çəkib və KİM üztanıma proqramına yükləyərək, bəzi şəxsi detallar da daxil olmaqla, onun şəxsiyyətini saniyələr ərzində müəyyən edə bilib.
Bu da ÇHD tərəfindən narazılıqla qarşılanıb. Onlar Soylunu xüsusi proqram vasitəsilə şəxsi məlumatları qeyri-qanuni əldə etməkdə itiham edirlər./publika.az