Amerikalı aktyor və kinoprodüser Stiven Siqal Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Kremlə gəlib.
Stopnarkotik.az xəbər verir ki, hazırda aktyor Rusiya Federasiyasında yaşayır. 2016-cı ildən onun Rusiya vətəndaşlığı var.
Siqal həm də könüllülük əsasında Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələri və ümumi mədəni-tarixi irs üzrə xüsusi nümayəndəsidir.
Qeyd edək ki, Moskva vaxtı ilə saat 12-də başlayacaq Prezidentin andiçmə mərasimində bir neçə min insan iştirak edəcək./bizim.media