Şərurlu İsfəndiyar oğlunun həbs edilməsi xəbərindən danışdı

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlunun həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.

Stopnarkotik.az xəbər verir ki, Şərurlu İsfəndiyar "Qafqazinfo"ya açıqlamasında oğlunun həbs edilmədiyini bildirib:

"Oğlum yanımdadır, həbs edilməyib. Əgər tutulsaydı, rəsmi qurum məlumat yayardı".

Xatırladaq ki, Şərurlu İsfəndiyar bir müddət əvvəl müsahibələrində səsləndirdiyi fikirlərə görə tənqid olunmuşdu.