Sərhəddə 1 milyon dollarlıq kokain tutuldu

Texas sərhədində dəyəri 1 milyon dollardan çox olan kokain ələ keçirilib.

Stopnarkotik.az bildirir ki, bu barədə ABSNews xəbər verib.

Məlumata görə, ABŞ Gömrük və Sərhəd Mühafizəsi Texasdakı bir limanda dəyəri 1 milyon dollardan çox olan 77 funt kokain ələ keçirib. Texasdakı “Hidalgo Giriş Limanı”ndakı məmurlar, 2020 Renault Oroch avtomobilini şənbə günü ikinci dərəcəli yoxlamaya göndəriblər.

Gömrük rəsmiləri narkotikin təxmini bazar dəyərinin 1.027.316 dollar olduğunu deyiblər. 

Stopnarkotik.az