Martın 20-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat xidmətindən Stopnarkotik.az-a bildirlib ki, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Stopnarkotik.az