Son dörd ayda narkotiklə bağlı 3585 fakt aşkarlanıb, 1585 nəfər məsuliyyətə cəlb olunub.
Stopnarkotik.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev “İctimai proseslər media müstəvisində” mövzusunda forumun "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi (ağır) 304 kiloqramdır, 581 kq isə müxtəlif narkotik vasitələrdir.