ŞOK GƏLİŞMƏ: narkotik istehsalçılarına ömürlük həbs cəzası verilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilir...

Qazaxıstanda narkotik istehsal edən laboratoriyaların rekord sayda artması parlament üzvlərini narahat edir.

Stopnarkotik.az xəbər verir ki, deputatlar narkotik istehsalçılarına ömürlük həbs cəzası verilməsini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirirlər. Ölkənin Daxili İşlər Nazirliyi qanun layihəsini dəstəkləyir və cəmiyyətin də qanunun lehinə olduğunu iddia edirlər. Hərçənd, DİN sosioloji araşdırma mərkəzi deyil ki, ictimai ab-havadan belə arxayın danışsın. Ola bilsin ki, narkotikin laboratoriyalarda istehsalının qarşısını ala bilməyən və aciz duruma düşən polisin öz işinin mahiyyətini anlamaqda faciəvi çatışmazlıq var və bu, qaçılmaz olaraq narkotik alverinin artımına təsir göstərir.

Son rəqəmlərə görə, Qazaxıstanda 186 kq sintetik narkotik, 2ton prekursor və 31 laboratoriya aşkarlanıb. Bu göstəricini Qazaxıstan Daxili İşlər Nazirliyi ilin əvvəlindən bu yana gördüyü işlər barədə hesabatda verib. Maraqlıdır ki, DİN  ən “incə” məqamı - statistik göstəricilərin azalan yox, artan xarakterini açıqlamaq  qərarına gəlib.

2023-cü il ərzində DİN 41 laboratoriyanı aşkarlamışdı, halbuki 2024-cü ilin altı ayında artıq 31 laboratoriya ya yenidən açılıb ya da bərpa edilib. Bu arada, qardaş Qazaxıstan ən çox narkotik istehlak edən 10 ölkə sırasındadır və narkotik satan saytların getdikcə daha çox bloklandığı bildirilir.

Stopnarkotik.az