Mayın 4-də saat 17 radələrində Şəki rayonu ərazisində 2 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Stopnarkotik.az-a Şəki Rayon Prokurorluğundan bildirilib.
Araşdırmalarla 1965-ci il təvəllüdlü Namiq Məmmədovun rayonun Baş Şabalıd kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndliləri 1966-cı il təvəllüdlü Azər Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Məmmədsoya ov silahından atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Namiq Məmmədov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
Şəkidə dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
Məlumata görə, bu gün axşam saat 17 radələrində Şəkinin Baş Şabalıd kəndində iki nəfəri amansızcasına odlu silahla qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Belə ki, qətlə yetirilən 58 yaşlı Azər Sədi oğlu Sədiyev və 67 yaşlı İsrafil Əhmədiyyə oğlu Məmmədsoya məxsus mal-qara hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Namik Əbil oğlu Məmmədova məxsus torpaq sahəsinə girib və təsərrüfata ziyan verib.
Bu da qohumluq əlaqəsi olan şəxslər arasında mübahisəyə səbəb olub.
Daha sonra Namik Məmmədov ov tüfəngi ilə əvvəlcə İsrafil Məmmədsoyu, bir qədər sonra isə Azər Sədiyevi güllələyərək öldürüb.
İki nəfər qohumunu güllələyərək qətlə yetirdikdən sonra Namik Məmmədov ov tüfəngi ilə intihara cəhd edib.
Namik Məmmədov hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) müalicə olunur.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb.
***
Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.
Bu barədə Stopnarkotik.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.