Şəkidə 27 yaşlı kişi özünü ov tüfəngi ilə güllələdi

Şəkidə 27 yaşlı kişi özünü güllələyib.

Hadisə rayonun Çeşməli kəndinin inzibati ərazisində baş verib.

1996-cı il təvəllüdlü, Laçın rayon sakini hazırda Şəkinin Yeni Çələbixan qəsəbəsində yaşayan Məhəmməd Məmmədov özünü ov tüfəngi ilə özünü güllələyərək intihar edib.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.