“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi mədsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” adlı tədbirini 29 noyabr 2024- cü il tarixində Siyəzən rayonunda yekunlaşdırmışdır.
Siyəzən rayon Gənclər Evində keçirilən tədbirdə tələbələr, rayon gəncləri və rayonun dini qurmlarının rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Siyəzən Gənclər Evinin drektoru Nərmin Nəbiyeva açaraq qonaqları salamlayəb və bu mövzunun həmişə aktual olduğunu söyləyib. O, qeyd edib ki, bəzən müəyyən qüvvələr xüsusilə də etnik qruplar yaşayan rayonlarda süni şəkildə bu problemi qızışdırırlar. Ona görə, bu mövzuda rayon gəncləri arasında həmişə maarifləndirici söhbətlər aparılır.
Təşkilatın icraçı drektoru Tələt Qəribov çıxışında qeyd edib ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb: “Biz həmişə bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmətlə yanaşmışıq. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir”.
T.Qəribov deyib ki, gənclərimiz asudə vaxtlarını dinimizi düzgün təmsil etməyən insanların yanında yox, idman salonlarında, kitabxanalarda keçirsələr daha səmərəli olar.
Siyəzən rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəcəf Manafov bu sahədə rayonda görülmüş tədbirlərdən danışıb. Bu tədbirin çox aktual olduğunu qeyd edən İh rəsmisi donor təşkilata, eyni zamanda təşkilat rəhbərliyinə təşəkkürünü bildirib.
Rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı Fərahim Qasımov çıxışında deyib ki, bu sahədə rayondakı vəziyyət daim nəzarət altındadır. İnsanlarla, əsasən gənclərlə daim proflatik söhbətlər aparılır.
Siyəzən rayon Cümə məscidinin imamı İmran Xudaverdili mövzu ətrafında geniş məruzə edib. Bildirilib ki, rayonda insanların ibadətlə məşğul olmasına heç bir məhdudiyyət yoxdur. Məscidlərdə daim gənclərlə dini mövzularda söhbətlər aparılır, onlara başqa radikal qruplara qoşulmamaq tövsüyə olunur.
Siyəzən şəhər cümə məscidinin imamı Niyaməddin Müzəffərov bu tədbirlərin daim keçirilməsinin vacib olduğunu vurğulayıb.
Tədbir çay süfrəsi ətrafında müzakirələrdən sonra başa çatıb.
Stopnarkotik.az