Əsirlikdən azad olunan hərbçilərimizin ailəsi danışdı - DETALLAR / VİDEO

Əsirlikdən azad olunan Hüseyn Axundov və Aqşin Bəbirovun anaları Baku TV-yə övladlarının yaşadıqları dəhşətlərdən danışıblar.

Aqşinin anası Dürdanə Bəbirovanın sözlərinə görə, oğlunun əsirlikdə gördüyü işgəncələri eşitdikdən sonra hələ də özünə gələ bilmir:

“Namaz qıldığı vaxt oğlumun başını divara vurub partladıblar. Əl-ayağını bağlayıb “tok”a verirmişlər, ölümcül vəziyyətə gələndə buraxırmışlar. Kəlbətinlə dırnaqlarını çıxarmağa çalışıblar”.

D.Bəbirova Aqşinin heç bir erməni zülmündən qorxmadığını vurğulayıb:

“Bir qadın səsi gəlib. Hüseynə deyib ki, qadın ağlayır, birdən bizim əsirlərdən olar, öldürsələr də, onun üçün sinəmi qabağa verəcəyəm. Qadın isə erməni imiş. Hətta erməni qızını yanına gətiriblər ki, bəlkə, oğlum onunla evlənə”.

Hüseynin anası Şəlalə Axundova isə oğlunun əsirlikdən sonrakı psixoloji vəziyyətindən danışıb: “Hərəkətlərindən başa düşürük ki, yaxşı deyil. Qardaşına işgəncələrdən danışır, mən içəri girəndə hər şeyi gizlədir. Gəldiyi gecə yatmayıb. Yemək verdik, dedi ki, yeməyə baxanda ürəyim bulanır. Deyir, əsirlikdə bir qaşıq yemək verirdilər. Onu da yerə dağıdırdılar, heç yemirdik”.

Ətraflı süjetdə: