Sinaloa narkokarteli üzvü ilə evli olan İsrail vətəndaşı həbsə atıldı - O QƏTLDƏ DƏ İTTİHAM OLUNUR

Mayamidə İsrail vətəndaşı Tsviya Kol 9 il müddətinə azadlıqdan məhrum edilib. Məlum olub ki, israilli madam “Sinaloa kartelinin yüksək ranqlı üzvü” ilə evli olub və mürəkkəb metamfetamin alverində uğurlar qazanıb.
Maraqlıdır ki, Kolun 2022-ci ildə 46 yaşlı Xulio Qonsalesin qətlində də əli olub – o, Qonsalesi “Ələddin” otelindəki bir otaqda şirnikləndirərək tələyə salıb və həmin şəxs orada başından güllələnib. Lakin bu həssas məqam jurnalistlərin iştirakı olmadan müzakirə edilib və elan olunan hökmdə yer almayıb.
Yalnız o məlumdur ki, həbsindən bir müddət əvvəl Kohl FTB-nin informatoru olmağa razılaşıb, bu da prinsipcə, cinayət işindən Qonsalesin qətlində ittihamın yoxa çıxmasını izah edir. Yeri gəlmişkən, Tsviya narkotik maddə alverinə görə peşman olduğunu şəxsən deyil, vəkil vasitəsilə bildirib.

Stopnarkotik.az