SEYSMOLOQDAN XƏBƏRDARLIQ - Bu şəhərlər riskli vəziyyətdədir

Türkiyənin aparıcı seysmoloqu Naci Görür Tunceli, Bingöl və Ərzincan şəhərləri üçün zəlzələ xəbərdarlığı edib.

Stopnarkotik.az baku.ws-ə istinadən bildirir ki, bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Görürün açıqlamalarından diqqət çəkən məqamlar belədir:

"Mərmərədən danışdıq, daha harada zəlzələ gözləyirsiniz? - sual verirlər. İndi barmağımı yumaraq Tunceli deyirəm. Tunceliyə diqqət yetirmək üçün səsimi yüksəltdim. Sağolsun Tunceli valisi, anladığım qədər səsimizi eşidib, hal-hazırda ciddi fəaliyyət göstərirlər. Yer alimləri olaraq proqnozlarımız var. İndi birincisi Ərzincan və Bingöl Şimali Anadolu fay üzərindədir.

1939 və 1990-cı illərdə Ərzincanda zəlzələlər olub. Ərzincan ilə Bingöl arasındakı fay xətti Yedisu adlanır. Həmin ərazidə sonuncu zəlzələ 1794-cü ildə 7,2 bal gücündə olub. Bunun üzərinə 250 il qoysam, bu günlərə yaxınlaşır. Bu o deməkdir ki, o zəlzələ yaradacaq vəziyyətdədir. Fevralın 6-sında baş verən güclü zəlzələlər də olub. Ola bilsin ki, o, həmin zəlzələlər zamanı enerjini bura köçürüb".

Seysmoloqun sözlərinə görə, Ərzincan və xüsusilə Bingöl-Karlıova çox riskli vəziyyətdə hesab edilir.