Bu gün Xəzər dənizində baş verən zəlzələlərin ( Dağıstan ərazisi və Türkmənistanla sərhəddə) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil.
Stopnarkotik.az "apa"- ya istinadən xəbər verir ki, bunu AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, sosial şəbəkədə bununla bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
"Əsassız məlumatlara inanmayın və rəsmi məlumatları izləyin", - deyə o qeyd edib.