Separatçıların keçmiş “lider”ləri saxlanılaraq Bakıya gətirildi

Xankəndidə separatçıların keçmiş üç “lideri” saxlanılıb. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən haqqin.az məlumat yayıb.

Bildirilir ki, Qarabağın erməni separatçılarının keçmiş “prezidenti” (1997-2007) Arkadi Qukasyan, keçmiş “prezident” (2007-2020) Bako Saakyan və millətçi “Daşnaksütyun” partiyasının lideri, keçmiş “parlament sədri” David İşxanyan saxlanılaraq Bakıya gətiriliblər.