İsrailin Suriyanın Dəməş şəhərinə endirdiyi raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məsləhətçilərindən biri öldürülüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İranın Tasnim dövlət agentliyi məlumat yayıb.
İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında döyüşlər başlayandan bəri İsrail aviasiyası mütəmadi olaraq Suriyaya zərbələr endirib.