“Seçkilərdən yalnız bir şərtlə çəkilərəm...” - Bayden

ABŞ prezidenti Co Bayden səhhətində problem yaranarsa, prezidentlik yarışından çəkilməyə hazır olduğunu açıqlayıb. Onun fikrincə, yaşın gətirdiyi yeganə şey müdriklikdir.

Məlumata görə, Fox News telekanalı Baydenin sözlərini sitat gətirib:

“Hər hansı xəstəliyim olsa, həkimlər gəlib səhhətimdə filan problem olduğunu desələr, prezidentlik yarışından imtina edərdim”.

Məlumdur ki, Baydenin son debatı müttəfiqlərinin tənqidinə səbəb olub. Media onun ABŞ prezidenti vəzifəsinə namizədliyinin nə dərəcədə məqsədəuyğun olması ilə bağlı suallar qaldırıb.

Baydenlə ünsiyyətdə olan insanlar onun daha unutqan olduğunu, fikirlərini çatdırmaqda çətinlik çəkdiyini və ictimai çıxışlar zamanı daha tez-tez büdrədiyini deyirlər.

Bununla belə, NBC telekanalına müsahibəsində Bayden keçmiş prezident Donald Trampla növbəti debatdan imtina etməyəcəyini bildirib.

ABŞ-da noyabr ayında keçirləcək prezdient seçkilərində Demokratlar Partiyasından Co Bayden, Respublikaçılar Partiyasından isə Donald Trampın əsas namizəd olacağı gözlənilir.