Bakıda küçədən meyit tapılıb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu H.Seyidzadə küçəsində baş verib.
Küçədə 48 yaşlı Çingiz Çingiz oğlu Əliyevin meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlaməti olmayıb. Məlumata görə, mərhum əvvəllər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 234-cü (narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma) maddələri ilə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.