Şamaxı sakinləri odlu silahlarını polisə könüllü təhvil verib - FOTO

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

**