Salyanda fermada güclü YANĞIN - 45 baş inək tələf oldu, 7 min ədəd... / FOTO

Salyanda fermada yanğın olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qardili kəndində baş verib. Kənd sakini Eyyub Şikarova məxsus fermada ot tayası yanıb. Küləkli hava yanğının güclənməsinə səbəb olub. Nəticədə 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

**