"Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" - ASTARADA MƏKTƏBLİLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB / FOTO

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Siyaku kənd tam orta məktəbinda "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzusunda məktəblilərlə görüş keçirilib.

Stopnarkotik.az xəbər verir ki, çıxışlarda narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikasından danışılıb, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin daim diqqət mərkəzində saxlanıldığı bildirilib. Eyni zamanda məktəblilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda  geniş məlumatlar verilib, onların sualları ətraflı şəkildə cavablandırılıb.

**

**

Stopnarkotik.az