Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, "Kamaz" markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəm Ağacan oğlu Rüstəmovun üzərindən keçib.
Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Onun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sözügedən tikintini "Kolin İnşaat" şirkəti həyata keçirir.