Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin klinikası bağlanır

İcbari Tibbi Sığortanın tətbiqindən sonra bir sıra özəl klinikalarda pasiyent çatışmazlığı yaranıb. Bu da tibb ocaqlarında maliyyə böhranına səbəb olub.

Ona görə bir sıra böyük klinikaların fəaliyyətinin dayandırılacağı gözlənilir.

Stopnarkotik.az Medicina.az-a istinadən onların bəzilərinin adlarını təqdim edir:

- Xətai Tibb Mərkəzi;

- Avrasiya Hospitalı (demək olar ki, əvvəlki fəaliyyətinin 90 faizini yerinə yetirmir);

- Respublika Diaqnostika Mərkəzidir (RDM) (borcla yüklənib və ağır iqtisadi durumdadır).

Xatırladaq ki, RDM keçmiş səhiyyə naziri Oqtay Şirəliyevə məxsusdur. O, ötən ilin feral ayında bu xəstəxananı öz adına keçirmişdi.