Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili barəsində sərhədi qanunsuz keçmə ittihamı üzrə həbs qətimkan tədbiri seçilib.
APA-nın “Exo Kavkaza”ya istinadən xəbərinə görə, qərar prokurorun təqdimatı əsasında verilib və işə yenidən baxılacağı üçün şahidlərə və məhkəmə istintaqının gedişinə təsir göstərə biləcəyi ilə əsaslandırılıb.
Xatırladaq ki, keçmiş prezident 2021-ci il sentyabrın 29-da gəlib, oktyabrın 1-də isə həbs olunub. Bu müddətin 6 aydan az hissəsini həbsdə, qalanını isə xəstəxanalarda keçirib.
56 yaşlı M. Saakaşvili 2008-2013-cü illərdə Gürcüstan prezidenti olub. 2015-ci ilin fevralından 2016-cı ilin noyabrınadək Ukraynanın o vaxtkı prezidenti Petro Poroşenkonun müşaviri olub. Bir müddət Odessa vilayətinin qubernatoru vəzifəsini icra edib.
2020-ci ilin mayından 2021-ci ilin fevral ayına qədər Ukraynanın Milli İslahatlar Şurasının rəhbəri olub.