Saakaşvili həbsxanaya nə zaman köçürülür?

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti əladır, onun həbsxanaya köçürülməsi ilə bağlı qərarı müvafiq qurum verəcək.

Stopnarkotik.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bildirib.

"Əslində bu adam pəhriz saxlayırdı. Əla formadadır, yaxşı görünür. Ola bilsin ki, müvafiq şöbə qərar qəbul etsin", - Kaladze jurnalistlərə deyib.

Tiflis meri vurğulayıb ki, Saakaşvilinin səhhətində heç vaxt problem olmayıb:

"Bu, sadəcə spekulyasiya idi. O, sadəcə olaraq, səhhətində problem varmış kimi ölkəyə qarşı kampaniya aparırdı. Deyəsən, dünyada olan bütün xəstəliklərin hamısı onda var idi. Bunu onun tərəfdarları və ailə üzvləri deyirdi".

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan naminə” partiyası Saakaşvilinin ən azı Yeni il tətilindən sonra cəzaçəkmə müəssisəsinə köçürülməsini hökumətdən xahiş etmişdi.