Rus əsgərləri iki ukraynalı əsirin alnına svastika (II Dünya Müharibəsindən sonra faşizmin rəmzi-red.) həkk ediblər.
Bu barədə ukraynalı əsirlərdin biri “The Telegraph” nəşrinə danışıb.
Sergey adlı ukraynalı əsir bildirib ki, rus əsgərləri bunu etməzdən əvvəl onun gözlərini lentlə bağlayıblar. O, bu səbəbdən heç nə görmədiyini, lakin prosesin çox ağrılı və son dərəcə amansızlıqla həyata keçirildiyini deyib.
Sergey deyir ki, rus hərbçi bunu edərkən qışqıraraq ona bu sözləri deyib:“Mən istəyirəm ki, uşaqlarınız bilsinlər ki, siz faşistsiniz. Buna görə də dərindən kəsirəm”.
Həkimlərin fikrincə ruslar “svastika işgəncəsi”ni bıçaqla ediblər.
Nəşr qeyd edir ki, müharibə cinayəti sayılan bu aktı dörən hərbçi çox güman ki, Moskvanın Ukraynadakı müharibəsinin xüsusi “denazifikasiya” əməliyyatı olduğuna dair iddialarından ilhamlanıb.
Bildirilir ki, Sergey ötən ilin dekabrında Donetsk vilayətində şiddətli atışmadan sonra əsir götürülüb. Onu zirzəmidə saxlayıb, yemək verməyib, iki həftəyə yaxın işgəncə ediblər. Sonra Çeçenistana köçürülüb və 5 ay sonra baş tutan məhbus mübadiləsində sərbəst buraxılıb. Br il keçməsinə baxmayaraq, Sergey hələ də ciddi psixoloji problemərinin olduğunu və bu səbəbdən müalicə aldığını deyir./azpolitika.info