RUSİYAYA DRON HÜCUMU: iki ölü, çox sayda yaralı var

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın Rusiya Federasiyasının Kursk vilayətinə hücumu nəticəsində bir feldşer və təcili yardım sürücüsü həlak olub, bir həkim isə yaralanıb.

Stopnarkotik.az Rusiya mətbuatına istinadən xəbər verir ki, xəsarət alanların sayı hazırda 28-dir.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə qüvvələri Kursk vilayəti üzərində 4 təyyarə tipli PUA-nı tutaraq məhv edib.