Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini, general-mayor Vladimir Şesterov həbs olunub.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, dövlət əmlakının və büdcə vəsaitlərinin talanmasında ittiham olunan keçmiş məmur barədə ev dustaqlığı qətimkan tədbiri seçilib.
"Şesterov barəsində sentyabrın 21-dək ev dustaqlığı qətimkan tədbiri seçilib", - agentliyin həmsöhbəti bildirib. Əvvəllər məhkəmə Şesterovun səhhətinə görə onun barəsində həbs-qətimkan tədbiri seçə bilmirdi.
Şesterov nəzarətə götürülən "Patriot" parkının rəhbəri Vyaçeslav Əhmədovla eyni işdə təqsirləndirilir. İstintaqın versiyasına görə, Əhmədov və Şesterov əlbir olaraq “Patriot” parkının və sərgi mərkəzinin fəaliyyətini təmin etmək üçün ayrılmış büdcə vəsaitlərini mənimsəyib.