Rusiyada federal axtarışa verilən Azərbaycan vətəndaşı Şahin Abbasovu saxlanılıb.
Bu barədə Moskva prokurorluğundan açıqlama verilib.
Bildirilib ki, aprelin 17-də Moskvanın Krasnodar küçəsində parklanma yeri üstündə 24 yaşlı yerli sakini bıçaqla öldürməkdə şübhəli bilinən 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov saxlanılıb.
***12:56
Aprelin 17-də Moskvanın Krasnodarskaya küçəsində iki nəfər arasında dayanacaq üstündə dava baş verib.
TASS xəbər verir ki, 24 yaşlı yerli sakin avtomobilini yaşayış binasının girişinin yaxınlığındakı səkidə saxlayan 21 yaşlı sürücüyə irad tutub.
Buna cavab olaraq sürücü yerli sakini bıçaqlayıb. Zərərçəkmiş şəxs xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Moskva sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxsin Şahin Abbasov adlı Azərbaycan vətəndaşı olduğu bildirilir. Federal axtarışa verilən vətəndaşın qeyri-qanuni olaraq Rusiyada olduğu bildirilir.