Rusiyada 20-ci mərtəbədən yıxılan qız sağ qaldı

Rusiyanın Tümen şəhərində 16 yaşlı qız çoxmərtəbəli binanın pəncərəsindən yıxılsa da, sağ qalıb.

Stopnarkotik.az 72.ru portalına istinadən xəbər verir ki, hadisə aprelin 18-də baş verib.

İlkin məlumata görə, qız 20-ci mərtəbənin pəncərəsindən yaşayış kompleksinin həyətində dayanmış avtomobilin üzərinə düşüb.

Qeyd olunur ki, zərərçəkmiş ağır vəziyyətdə təcili olaraq xəstəxanaya çatdırılıb.

Polis hadisənin bütün səbəblərini müəyyənləşdirir.