Rusiyanın nəzarətində olan Lisiçansk vilayətində kafeyə edilən hücum zamanı “Luqansk Xalq Respublikası”nın fövqəladə hallar naziri Aleksey Potelesçenko həlak olub.
Bu barədə “LXR”nin rəhbəri Leonid Paseçnik öz teleqramında məlumat verib.
Hadisə Fevralın 3-də Lisiçanskda deputat İvan Juşmanın doğum günündə baş verib. Kafeyə hücum zamanı nazir digər qonaqlarla birlikdə içəridə olub.
Hadisəni şərh edən jurnalist Denis Kazanskinin verdiyi xəbərə görə, hadisə zamanı Rusiyanın yüksəkrütbəli məmurları kafedə olublar.
Rusiya tərəfinin məlumatına görə, hücum nəticəsində 28 nəfər həlak olub.