Rusiya sülhməramlıları Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb oluna bilər

Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı layihə var.

Stopnarkotik.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının prosesdə istirakı planlaşdırılır: "Hazırda həmin minatəmizləyənlərin texniki avadanlıqları, alətləri və itləri akkreditasiya prosesindədir. Aprelin 6-da akkreditasiya yekunlaşacaq. Onlar Xocalıda minatəmizləmə əməliyyatına başlayacaqlar".