Rusiyanın "Su-27" qırıcısı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "RQ-4B Global Howk" kəşfiyyat pilotsuz uçuş aparatının (PUA) qarşısını almaq üçün havaya qaldırılıb.
Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi hava qüvvələrinin səyi nəticəsində sərhəd pozuntusuna icazə verilməyib.