Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Rusiya ordusunun tərkibində döyüşən 29 yaşlı Ceyhun Qasımov döyüşlər zamanı yaralanaraq, dünyasını dəyişib.
Onun nəşi doğulduğu Zərdab rayonu Gəndəbil kəndində torpağa basdırılıb.
Qeyd edək ki, dünən Rusiya ordusunun tərkibində vuruşan Cəfər Süleymanovun da Ukraynada həlak olması barədə xəbər vermişdik.