Rusiya azərbaycanlı blogeri axtarışa verdi - FOTO / YENİLƏNİB

Bloqer Hüseyn Həsənov Rusiyada axtarışa verilməsi və qiyabi həbs qərarı ilə bağlı şərh verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində yazıb:

"Bəli, "qiyabi həbs" sözü qorxuducu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Bütün vergi məsələləri ötən il həll edilib. Hüquqşünaslarım bu vəziyyətlə məşğuldurlar", - bloqer bildirib.

Xatırladaq ki, Rusiyada Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Bloqeri 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.

*** 19:30

Azərbaycanəsilli rusiyalı bloger Hüseyn Həsənov axtarışa verilib.

Stopnarkotik.az xəbər verir ki, o, çirkli pulların yuyulması maddəsi ilə açılan cinayət işi çərçivəsində axtarışa verilib.

Hüseyn Həsənovun barəsində qiyabi həbs qərarı çıxarılıb. Blogeri 7 ilə qədər həbs cəzası gözləyir.

**