Restoranda mübahisə etdiyi adamı bıçaqlayan şəxsə hökm oxundu

Bakıda restoranların birində  vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Stopnarkotik.az olke.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs hökm oxunub.

Məhkəmənin hökmü ilə Polad Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən restoranların birində baş verib.

Sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı 2006-cı il təvəllüdlü Polad Salmanov, 2005-ci il təvəllüdlü Xəyal Hüseynovu bıçaqlayıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində P.Salmanov saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.