Qəzzada müharibə gedərkən Türkiyəyə hücum hazırlığı - ŞOK PLAN

Suriyanın şimalında “kürd dövləti”nin (terror dəhlizi-red) qurulması üçün bütün şərtlər yetişib.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın “Pentapostagma” qəzeti yazır.

Qəzetdə yayımlanan məqalədə qeyd olunur ki, Şərqi Aralıqda 4 təyyarə gəmisi, 120 döyüş gəmisi və onlarla nüvə dənizaltı gəmi toplanıb.

“ABŞ-ın iki təyyarədaşıyan gəmisi rəsmi olaraq “strateji çəkindirmə” fəaliyyətini yerinə yetirsə də, qeyri-rəsmi olaraq Türkiyə, İran və Rusiyaya qarşı “əzələ nümayişi”dir. ABŞ gəmiləri ingilis, fransız və yunan gəmiləri ilə birlikdə düşmənlərə qarşı möhtəşəm hücum gücünə malikdir. ABŞ və İsrailin Suriyada “kürd dövləti” qurmaq planları var. Hazırda bu qədər gücün toplandığı vaxt bunu həyata keçirmək mümkündür”, - qəzet yazır.

Bunun fonunda Rusiya donanmasının Aralıq dənizindən çıxması belə ssenarilərin önünü açır.

Rusiya donanmasının ehtiyatda olan zabiti Sergey İşçenko bildirir ki, Suriyanın Tartus limanındakı rus döyüş gəmiləri təmir məqsədilə Aralıq dənizinini tərk edib, lakin onları əvəzləyən gəmilər yoxdur.

“Buna görə də Rusiyanın Aralıq dənizindəki donanması NATO-nun təyyarə gəmilərinin hərəkətini carəsiz halda izləyir. Şərqi Aralıqda NATO donanmasının bayraqları dalğalanır. Tartusdakı Rusiya donanmasının əməliyyat qurumu Fələstin-İsrail müharibəsinin getdiyi vaxt NATO-ya qarşı heç nə edə bilməyəcək”, - rusiyalı zabit bildirib.

Qeyd edək ki, Suriyanın şimalında “kürd dövləti” adı altında “terror dəhlizi”nin yaradılması planları mövcuddur. Plana görə İraqın şimalından başlayaraq, Suriyanın şimalından keçən və Aralıq dənizinə çıxan dəhliz yaradılır və PKK-nın bölgədəki qanadı PYD/YPG üçün qondarma “dövlət” qurulur. Türkiyə Suriyada həyata keçirdiyi əməliyyatlarla bunun qarşısını alsa da, ABŞ planından əl çəkməyib.