1 Nov, 2023 - 21:12 Qəzzada BMT-nin avtomobili vuruldu: YARALANANLAR VAR İsrail ordusu Qəzzada Birləşmiş Millətlər Təşkilatının avtomobilini vurub. Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qəzzanın cənub-qərbində baş verib. Nəticədə xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.