“Qəzzada Azərbaycan vətəndaşının olub-olmamasına dair məlumatımız yoxdur”.
Stopnarkotik.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri İsraildə 8 Azərbaycan vətəndaşı həlak olub: “Səfirliyimizin fəaliyyəti isə davam etdirilir. Hansısa ciddi məhdudiyyət yoxdur”.