Qəzza zolağında radikal Həmas qruplaşmasına qarşı döyüşlər zamanı daha dörd İsrail əsgəri həlak olub.
Bununla da Qəzzada quru əməliyyatı başlayandan bəri öldürülən İsrail Müdafiə Qüvvələrinin şəxsi heyətinin sayı 23-ə çatıb.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan bəri 300-dən çox İsrail hərbi qulluqçusunun həlak olduğunu bildirmişdi.
Mənbə: TASS