Qəza nəticəsində piyada işıqforu yararsız hala düşdü - FOTO

Paytaxtın Binəqədi rayonu, Emin Bağırov küçəsində, 179 nömrəli tam orta məktəbin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə zamanı 1 ədəd düyməli piyada işıqforu yararsız hala düşüb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor quraşdırılacaq.