Qusarın yeni icra başçısı kollektivə təqdim olunub.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Sahir Polad oğlu Məmmədxanov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Sahir Məmmədxanov ona göstərilən etimada görə minnətdarlıq edib.