Qusarda 27 nəfər qızılcaya yoluxdu

Qusarda 27 nəfər qızılcaya yoluxub.

Stopnarkotik.az xəbər verir ki, onlardan 24-ü məktəblidir.

Qızılcanın yayılmaması üçün rayon mərkəzi xəstəxanası və təhsil sektoru ilə birgə qabaqlayıcı tədbirlər görülür.

Qızılca qeydə alınan məktəblərdə dezinfeksiya işləri aparılır. Məktəblərdə hərarəti olan şagirdlər dərsə buraxılmır və müalicəyə cəlb olunmaları təmin edilir.