Qonşu Gürcüstanda cinayətkarlıq həddi azalır

Gürcüstanda məhbusların sayı azalır. Stopnarkotik.az xəbər verir ki, “Sakstat” bu barədə açıqlama verib.

"Sakstat"ın məlumatına görə, fevralın 1-nə Gürcüstan həbsxanalarında 8,2 min nəfər məhbus var ki, bu da bir ay əvvəlkindən demək olar ki, min nəfər azdır. Məhkumların 40%-dən çoxu cəzalarını Rustavidəki iki həbsxanada, 14,9%-i isə Tiflisdə çəkir. Ölkədəki 14 cəzaçəkmə müəssisəsi 60,7% doludur. Cəza çəkənlərin 74 nəfəri yetkinlik yaşına çatmayanlar və 70 nəfəri isə yaşı 70-dən yuxarı olan şəxslərdir.

Məhkumların əksəriyyəti kişilərdir, həmçinin cəzaçəkmə müəssisələrində 377 qadın var, onlardan 99-u əcnəbidir. 1,7 min nəfər hökmün çıxarılmasını gözləyir.

Həbsxanalarda mindən çox əcnəbi var.

2024-cü ilin oktyabrında Gürcüstanda məhbusların sayı son 10 ilin ən yüksək həddinə-10 457 nəfərə çatdı, bundan sonra kiçik cinayətlərə görə amnistiya verilərək azalmağa başlayıb. 

Stopnarkotik.az