Ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalan uşağın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:
“03.03.2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibb yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir”.
***10:44
Qobuda uşağı it parçalayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilir ki, hadisədən sonra yerli sakinlər azyaşlını xilas edərək, onu təcili yardım maşınına təhvil veriblər.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, araşdırmalar nəticəsində hadisənin Qaradağ rayonu ərazisində qeydə alınması məlum olub: “Sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ona xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib”.